AZ

Premyer Liqanı tərk etsə belə, onu baş məşqçi postunda SAXLAYACAQLAR

“Vest Hem” baş məşqçisi Nuno Esprito Santu ilə bağlı mövqeyini müəyyənləşdirib.

Sportinfo.az “The Telegraph”-a istinadən xəbər verir ki, “çəkicdöyənlər” Premyer Liqanı tərk etsə belə, portuqaliyalı mütəxəssisi komandada saxlamaq niyyətindədir.

Bununla yanaşı, yekun qərarın məhz baş məşqçinin özündən asılı olacağı vurğulanır.

Bildirilir ki, London klubu Premyer Liqadan düşərsə, tərəflər müqaviləni qarşılıqlı razılıq əsasında, kompensasiya ödəmədən ləğv edə bilərlər.

52 yaşlı mütəxəssis “Vest Hem”ə ötən yay baş məşqçi təyin olunub. Komanda hazırda 35 turdan sonra 36 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb və düşmə zonasındadır. 17-ci pillədə olan “Tottenhem”lə fərq isə 1 xaldır.

Seçilən
64
50
sportinfo.az

10Mənbələr