AZ

Orta yaşlı kişi hərəkətdə olan avtomobillərin qarşısına qəfil atıldı VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində qayda pozan piyada kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 1-də saat 18:13 radələrində qeydə alınlb. Kadrlardan göründüyü kimi, orta yaşlı kişi hərəkətdə olan nəqliyyat vasitələrinə məhəl qoymadan yolu qaçaraq keçib. Nəticədə o, özüylə yanaşı sürücüləri də risk altında qoyub.

Hadisənin baş verdiyi ərazidən bir qədər irəlidə nizamlanan piyada keçidinin mövcud olduğu da videoda aydın şəkildə əks olunub. Belə ki, digər piyadalar həmin keçiddən istifadə edərək işıqforun icazəverici siqnalını gözlədiyi halda, qaydanı pozan şəxs təhlükəsizlik tələblərinə əməl etməyərək yolu nizamsız şəkildə keçməyə üstünlük verib.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
avtosfer.az

1Mənbələr