AZ

​Özündən 7 yaş kiçik kişiyə ərə getdi -

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə səssiz-sədasız ailə həyatı qurub. Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Sənətçi bir müddətdir münasibətdə olduğu iş adamı Kadir Taner Uçar ilə evlənib. Cütlüyün nikah mərasimi Türkiyənin Bodrum şəhərində sadə və qapalı şəkildə baş tutub. Mərasimə yalnız ailə üzvləri və dostlar qatılıb. Aktrisa evlilik xəbərini isə sosial media paylaşımları ilə təsdiqləyib.

Nəsrinin həyat yoldaşı özündən 7 yaş kiçikdir.

Seçilən
5
metbuat.az

1Mənbələr