AZ

Qətldə şübhəli kimi saxlanılan müğənni ilə bağlı qərar dəyişdi

ain.az bildirir, Axsham.az portalına istinadən.

Futbolçu Kubilay Kaan Kundakçı cinayəti ilə bağlı aparılan istintaqda məhkəmə yeni qərar qəbul edib.

Axşam.az xəbər verir ki, məhkəmə cinayət işi üzrə şübhəlilər arasında yer alan və daha əvvəl həbs edilən müğənni İzzət Yıldızhanın azadlığa buraxılmasına qərar verib. Eyni qərarla Yıldızhanın ölkədən çıxışına qadağa qoyulub.

Digər təqsirləndirilən şəxslərin isə həbsdə qalması qərarı alınıb. 

Növbəti məhkəmə prosesi 22 iyunda olacaq.

Xatırladaq ki, İ.Yıldızhan cinayətin əsas şübhəlisi Alaattin Kadayıfçıoğlunun qaçırılması prosesində fəal rol oynamaqda ittiham olunurdu. Onun 6 aydan 5 ilə qədər azadlıqdan məhrum edilməsi istənilir.

Qəsdən adam öldürməkdə ittiham olunan Alaattin Kadayıfçıoğlu, Aleyna Kalaycıoğlu və onun anası Zuhal Kalaycıoğlunun hər biri üçün ayrıca ömürlük həbs cəzası tələb olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
axsam.az

1Mənbələr