AZ

“Minalı ərazilərdə çəkilişlər son dərəcə məsuliyyətsiz və həyati təhlükə yaradan davranışdır” DEPUTAT

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Mina təhlükəsi ərazilərimiz işğaldan azad edildikdən sonra onlarla insanın həyatına son qoyub. Buna baxmayaraq, bəzi şəxslər bu acı nəticələrdən dərs çıxarmayıb.

Sosial şəbəkələrdə yayılan görüntülər göstərib ki, minalı ərazilərdə çəkilişlər aparılır və bu paylaşımlar təhlükəli davranışların yayılmasına səbəb olaraq insanları risk altına salır.

Gununsesi.info -ya danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev vurğulayıb ki, belə şəxslər sosial şəbəkələrdə minalı ərazilərdə çəkilişlər edərək özlərini ciddi təhlükə qarşısında qoyurlar:

“Bu cür davranışlar son dərəcə məsuliyyətsizdir və həyat üçün birbaşa risk yaradır. Belə paylaşımlar, əsasən, diqqət cəlb etmək və baxış sayını artırmaq məqsədi daşıyır.

Lakin bu şəxslər əməllərinin doğura biləcəyi ağır nəticələri nəzərə almırlar. Minalı sahələrdə hər hansı ehtiyatsız addım ölüm və ya ağır xəsarətlə nəticələnə bilər. Bu məsələ yalnız fərdi məsuliyyət deyil, eyni zamanda ümumi təhlükəsizlik baxımından da ciddi əhəmiyyət daşıyır”.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur əraziləri azad edildikdən sonra onlarla insan mina və partlamamış hərbi sursatların qurbanına çevrilib.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
icma.az

1Mənbələr