Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Azərbaycanda ipoteka limitləri ilə bağlı vətəndaşlar arasında narazılıqlar sosial şəbəkələrdə müzakirə olunur. Bəzi vətəndaşlar limitlərin bank əməkdaşları tərəfindən satıldığını iddia edir. Digərləri isə rəsmi proseduru izləyərək e-sosial vasitəsilə pulsuz ipoteka götürə bildiklərini bildirirlər.
Fərhad Babayev iddia edir ki, ipoteka limitləri 3-6 min manata o bankların əməkdaşları tərəfindən satılır.
İsmayıl Aslanlı 2020-ci ildə qısa müddətdə limit alaraq ev sahibi olduğunu, Murad Nərimanlı isə e-sosial vasitəsilə limiti yoxlayaraq pulsuz ipoteka götürmək mümkün olduğunu və rəsmi prosesdə hər gün e-sosialın ipoteka fondu bölümündə limitləri izləmək lazım olduğunu bildirib.
Digər vətəndaş, Nihad Baxşiyev, Azbank Klubuna müraciət etdiyini qeyd edib. Bildirib ki, bir saatdan sonra 2-3 nəfər ona “şapka ilə” həll etməyi təkliflərinin gəldiyini və açıq bazarda limitlərin mövcud olduğunu qeyd edib edib.
İpoteka limitləri bazar qiymətlərinə uyğun verilir, yoxsa bazar satışlarına təsir göstərə bilər?
Bu barədə Bizimyol.info xəbər portalına əmlak eksperti Elnur Azadov bildirib ki, ölkədə daşınmaz əmlaka tələbat çox yüksəkdir: “Bunun sadə izahı var. Məsələn, MİDA-nın evləri satışa çıxarılır və bir neçə saniyə ərzində hamısı satılır. Bu göstərir ki, ölkədə daşınmaz əmlaka tələbat çox yüksəkdir. İpoteka da buna uyğun olaraq, 1-2 saat ərzində tamamlanır. Ola bilər ki, tək-tək şəxslər müraciət edə bilmir və bəzi boş yerlər qalır, amma Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən bu istiqamətdə problemlər izlənilmir.
Sadəcə tələbat həddindən artıq çox olduğuna görə, müraciət sayı da çox yüksəkdir. Son illər daşınmaz əmlaka tələbat xeyli artıb; hətta ipotekaya ehtiyacı olmayan şəxslər də investisiya məqsədilə müraciət edirlər. Əvvəllər bu cür ajiotaj müşahidə olunmurdu”.
Elnur Azadov həmçinin əlavə edib: “Azərbaycan dövləti təbii ki, buna saysız-hesabsız büdcə ayıra bilməz axı? Müəyyən bir büdcə ayrılır ki, vətəndaşlar öz mənzil şəraitlərini yaxşılaşdıra bilsinlər. Bu büdcəni artıq Maliyyə Nazirliyi, Mərkəzi Bank və digər dövlət qurumları müəyyən edir”.
Günel Həsənova, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.