AZ

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb

Bu ilin yanvar-aprel aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 15,424 milyard manat təşkil edib.

Kommersant.az BFB-yə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11,7 milyard manat və ya 1,8 dəfə azdır.

Eyni zamanda hesabat dövründə bağlanmış əqdlərin sayı 8 082 olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 612 vahid və ya 16,6% azdır.

BFB-nin dövriyyəsinin 13,986 milyard manatı repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə 8,742 milyard manat və ya 38,5% azdır.

Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 320,9 milyon manat və ya 2,9 dəfə azalaraq 168,892 milyon manata bərabər olub.

Seçilən
26
38
kommersant.az

10Mənbələr