AZ

Bloger kompüterin içinə "köçdü": Qəribə ixtira - FOTOLAR

Çinli texnobloger Soda Baka, daxilinə bir insanın sığa biləcəyi nəhəng kompüter hazırlayıb.

Ölkə.az xəbər verir ki, bu barədə "Tom's Hardware" portalı Çinin "Bilibili" platformasında yayımlanan videoya istinadən məlumat yayıb.

Qurğu xarici görünüşünə görə klassik oyun sistem blokunu xatırlatsa da, ölçüləri daxildə tamdəyərli iş sahəsi təşkil etməyə imkan verəcək dərəcədə böyüdülüb. Bununla belə, bir çox elementlər, o cümlədən hələ təqdim olunmamış "GeForce RTX 6090" videokartının irimiqyaslı imitasiyası, pərvanələr və yaddaş modulları dekorativ xarakter daşıyır.

Buna baxmayaraq, konstruksiya sistemin fəaliyyətini təmin edən real işçi komponentlərlə təchiz olunub. Daxildə prosessorun soyutma blokuna inteqrasiya edilmiş displey quraşdırılıb və istifadəçi üçün tam funksional iş yeri yaradılıb.

İstilik tənzimlənməsi sisteminə xüsusi diqqət yetirilib: korpusda 12 kVt gücündə soyutma qurğusu nəzərdə tutulub. Layihə müəllifinin sözlərinə görə, konstruksiyanın daxilində temperatur 38°C-ni keçə bilər ki, bu zaman konfortlu istismar şəraitini təmin edən kondisioner avtomatik işə düşür.

Seçilən
19
2
olke.az

3Mənbələr