ain.az bildirir, Azertag portalına istinadən.
Bakı, 5 may, AZƏRTAC
Daşkənd şəhərində keçirilən XVIII “İpək Yolu” Vergi Forumu çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini İlkin Vəliyev ilə Özbəkistan Vergi Komitəsinin rəis müavini Jahangir Abdiyev arasında görüş olub.
DVX-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı iki ölkə arasında iqtisadi əlaqələrinin inkişaf etdiyi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli irəliləyişlərin müşahidə olunduğu vurğulanıb.
Özbəkistan və Azərbaycanda vergi inzibatçılığı sahəsində tətbiq edilən yeniliklər, rəqəmsallaşma, elektron xidmətlərin genişləndirilməsi və vergi inzibatçılığı sahəsində aparılan digər islahatlar müzakirə edilib. Bu yeniliklərin qarşılıqlı təcrübə mübadiləsi əsasında paylaşılmasının vergi inzibatçılığının effektivliyinin artırılması və könüllü əməletmənin yüksəldilməsi baxımından əhəmiyyəti xüsusi qeyd olunub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.