AZ

Avtomobil akkumulyatorunun sıradan çıxmasının 6 səbəbi

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Uzun müddət avtomobilin hərəkətsiz qalması zamanı kritik boşalma və vibrasiya səbəbindən lövhənin tökülməsi batareyanın sıradan çıxmasının əsas səbəbləridir.Demokrat.az xəbər verir ki, bu barədə "Avtodom" şirkətinin baş direktorunun müavini Roman Timaşov "Motor"a danışıb.Mütəxəssisin sözlərinə görə, ən əsas problemlərdən biri avtomobil uzun müddət istifadə olunmadıqda akkumulyatorun kritik dərəcədə boşalmasıdır: "Uzunmüddətli dayanma zamanı güclü boşalma akkumulyatorun lövhələrini zədələyir və o, artıq enerji saxlamır".Onun sözlərinə görə, ikinci geniş yayılmış səbəb akkumulyatorun düzgün bərkidilməməsidir. Bu halda batareya hərəkət zamanı titrəyir və lövhələr tədricən dağılır.Digər problem isə korpusun hətta kiçik zədələnməsidir. Elektrolitin sızması avtomobilin boya qatına və elektrik sisteminə zərər verə bilər. Xüsusilə soyuq hava şəraiti akkumulyator üçün təhlükəlidir. Zəif dolu batareya şaxtada donaraq daxili mayenin genişlənməsinə və lövhələrin deformasiyasına səbəb ola bilər: "Belə halda akkumulyatoru bərpa etmək mümkün olmur, yalnız utilizasiyaya vermək qalır".Digər səbəblərdən biri generatorun nasazlığıdır. Daimi zəif yüklənmə və ya həddindən artıq yüklənmə elektrolitin qurumasına və lövhələrin strukturunun pozulmasına gətirib çıxarır.Bundan əlavə, avtomobilin elektrik sistemindəki cərəyan sızması da akkumulyatorun ömrünü azaldır. Bu, köhnə naqillər və ya keyfiyyətsiz quraşdırılmış əlavə avadanlıqlarla bağlı ola bilər.Nəhayət, akkumulyatorun özündə olan istehsal qüsurları – aktiv kütlənin tökülməsi və ya qısaqapanma da cihazın sıradan çıxmasına səbəb ola bilər.Mütəxəssis xatırladıb ki, zəmanət müddəti adətən 1–3 il olsa da, düzgün istifadə və texniki qulluq ilə akkumulyator 5–8 il işləyə bilər.Jalə

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
demokrat.az

1Mənbələr