AZ

Regionlarda növbəti ekoloji maarifləndirici görüşlər keçirilib - FOTO

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən “Ətraf mühitin mühafizəsi sahəsində düzgün ekoloji davranışın formalaşdırılması” mövzusunda növbəti görüşlər təşkil edilib:

🔸Hacıqabul rayonunun Rəncbər kənd tam orta məktəbi;

🔸Qəbələ rayonunun Vəndam qəsəbəsi, E.Mehdiyev adına 1 nömrəli tam orta məktəb;

🔸 İsmayıllı rayonunun Sumağallı kənd tam orta məktəbi;

🔸 Şamaxı şəhərinin S.Əhmədov adına Əngəxaran kənd tam orta məktəbi.

Təşkil olunan tədbirlər şagirdlərdə ətraf mühitə məsuliyyətli yanaşmanın inkişaf etdirilməsinə xidmət edir. Görüşlər zamanı tullantıların düzgün çeşidlənməsi, təkrar emalın və plastik istifadəsinin məhdudlaşdırılmasının əhəmiyyəti ön plana çıxarılıb. 

Eyni zamanda, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin iştirakı ilə 1 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzində də maarifləndirici tədbir keçirilib. Tədbirdə ekofəallar tərəfindən hazırlanan səhnəciklər nümayiş etdirilib, su, hava və torpaq kimi təbii resursların qorunmasının vacibliyi iştirakçılara maraqlı və interaktiv formada çatdırılıb. Çıxışlar zamanı ətraf mühitə həssas yanaşmanın formalaşdırılmasının vacibliyi vurğulanıb.


Seçilən
21
ekologiya.az

1Mənbələr