AZ

Bakının yaratdığı reallıq olmasaydı, İrəvan zirvəsi xəyal olaraq da qalardı - Şərh

“İrəvanda keçirilən 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısı zahirən Ermənistanın diplomatik uğuru kimi təqdim olunsa da, əslində bu tədbirin arxasında duran əsas amil regionda son illərdə formalaşmış yeni geosiyasi reallıqdır. Bu reallığın müəllifi isə məhz Azərbaycandır”.

Bunu Ölkə.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.

O qeyd edib ki, Fransa prezidenti Emmanuel Macronun “səkkiz il əvvəl bura heç kim gəlməzdi” fikri təsadüfi deyil. “Bu etiraf dolayısı ilə onu göstərir ki, Ermənistanın bu gün belə bir beynəlxalq platformaya ev sahibliyi etməsi regionda dəyişən güc balansının nəticəsidir. Lakin bu balansı yaradan Ermənistan yox, 2020-ci ildən sonra Cənubi Qafqazda yeni siyasi və təhlükəsizlik mühiti formalaşdıran Azərbaycandır. Çünki Azərnbyacan İkinci Qarabağ savaşı nəticəsində belə bir reallığı yaratmasaydı, bu gün İrəvanda  belə bir tədbirin keçiirlməsi xəyal olardı”.

Sülh gündəliyinin müəllifi: Bakı
Deputat  qeyd edib ki, Prezident İlham Əliyevin Zirvə toplantısındakı  çıxışında Azərbaycanın  sülh gündəliyinə sadiq qaldığını və  bu istiqamətdə real addımlar atdığını bəyan etdi: “Bildirdi ki, Ermənistanla sülh sazişi üzrə mətn paraflanıb, tranzit məhdudiyyətləri birtərəfli qaydada aradan qaldırılıb, Ermənistan ərazisinə Azərbaycan üzərindən minlərlə ton yük daşınıb, enerji təchizatı və ticarət əlaqələri başlayıb.  Bu faktlar göstərir ki, regionda sabitlik abstrakt çağırış deyil, real siyasətin nəticəsidir. Əgər bu reallıq yaranmasaydı, nə İrəvanda belə bir zirvə keçirilərdi, nə də Avropa liderləri bu qədər fəal şəkildə regiona üz tutardı.

Paradoks: dəstək əvəzinə təzyiq
Lakin maraqlı məqam ondan ibarətdir ki, Azərbaycan sülh və sabitlik üçün real addımlar atdığı halda bəzi Avropa institutları əks mövqe sərgiləyir. Xüsusilə Avropa Parlamenti ard-arda qərəzli qətnamələr qəbul edir. AŞPA Europe çərçivəsində ikili standartlar tətbiq olunur, regionda revanşist meylləri stimullaşdıran ritorika gücləndirilir.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, son illərdə Avropa Parlamenti Azərbaycanla bağlı 14 qətnamə qəbul edib və bu yanaşma sülh prosesinə töhfə vermək əvəzinə onu zəiflətməyə xidmət edir.

“Qapı” kimdir? Reallıq və illüziya
Bu gün bəzi Avropa dairələri Ermənistanı Mərkəzi Asiyaya açılan qapı kimi təqdim etməyə çalışır. Lakin bu yanaşma geosiyasi reallıqlarla uzlaşmır. Reallıq budur ki, Avropa ilə Mərkəzi Asiya arasında əsas bağlantı Azərbaycandır, Ermənistan deyil. Enerji, nəqliyyat və logistika xətləri məhz Bakı üzərindən keçir. Regional sabitlik və təhlükəsizlik platforması Azərbaycan tərəfindən təmin olunur. Əgər Azərbaycan bu geosiyasi reallığı yaratmasaydı, Ermənistanın belə bir “qapı” rolundan danışmaq mümkün olmazdı”.

Milli Məclisin qərarı: prinsipial siyasi siqnal
Milli Məclisin Avropa Parlamenti ilə bağlı qəbul etdiyi qəarar gəldikdə deputata deyib ki, Azərbaycan parlamentinin Avropa Parlamenti ilə əməkdaşlığa xitam verməsi təsadüfi addım deyil: “Bu qərar ikili standartlara qarşı açıq etirazdır, milli maraqların qorunmasıdır, Avropaya verilən siyasi mesajdır: əməkdaşlıq yalnız qarşılıqlı hörmət əsasında mümkündür. Bu, eyni zamanda Azərbaycanın artıq passiv tərəf deyil, aktiv və prinsipial aktor olduğunu göstərir”.

Roma–Bakı xətti: real əməkdaşlıq modeli
İtaliya baş nazirinin Azərbaycana səfərinin əhəmiyyətini qeyd edən deputat bildirib ki, bu mürəkkəb fonda Giorgia Meloninin Bakıya səfəri xüsusi əhəmiyyət daşıyır: “Bu səfər Avropada fərqli yanaşmanın da mövcud olduğunu göstərir. İtaliya Azərbaycanla münasibətləri enerji təhlükəsizliyi; nəqliyyat və bağlantılar; sənaye və texnologiya əməkdaşlığı üzərində qurub.
Meloninin “enerji və bağlantılar eyni medalın iki üzüdür” fikri Azərbaycanın Avropa ilə Asiya arasında strateji qovşaq rolunun qəbul edildiyini göstərir.

Bakı-regional deyil, qlobal mərkəz
Bugünkü reallıq çox aydındır ki. Azərbaycan Cənubi Qafqazda sabitliyin əsas təminatçısıdır. Bakı Avrasiya məkanında strateji əlaqələndirici mərkəzə çevrilib. Avropa ilə Asiya arasında körpü funksiyasını məhz Azərbaycan yerinə yetirir. 
İrəvan zirvəsi isə bu reallığın dolayısı ilə qəbuludur.
Əsas sual isə budur ki, Avropa bu reallığı nə qədər tez və düzgün dərk edəcək? Çünki dəyişən dünyada geosiyasət illüziyalar üzərində deyil, məhz Bakı kimi real güc və sabitlik mərkəzləri üzərində qurulur”.

Mürtəza

Seçilən
14
50
olke.az

10Mənbələr