AZ

Azər Həsrət: “Əcdadım gün doğandan gün batanadək atını çapanda İslam adında din yox idi, əksini deyin, “ağzımı yumun””

“İslam mahiyyət etibarilə ədəb, əxlaq dinidir. İslam birlik dinidir. Allah, onun elçisi və Quran var. Bu üçlüyə uyğun olaraq müsəlmanlar din ardınca getsələr birlik olacaqlar. Sonra Məhəmməd Peyğəmbər vəfat etdikdən sonra ailə daxilində davalar, müharibələr başladı. Onda müqəddəslik hara getdi? Məzhəb və təriqətlərə bölünmə başladı. Azərbaycan İslam dininə mahiyyətinə uyğun olaraq vəhdət dini kimi baxılır. Ancaq qardaş Türkiyədə bir qisim deyir ki, “Onlar şiədir, bizə uyğun deyil”, digər qisim isə deyir ki, “Onlar sünnidir, bizə uyğun deyil”. Mən də adamlara müraciət etmişdim ki, bizim türklüyümüz hər şey deməkdir. Dinin mətləbə dəxli yoxdur. Mənə demədikləri qalmadı...”

 

Pravda.az xəbər verir ki, bu sözləri Əməkdar jurnalist, siyasi şərhçi Azər Həsrət Media Türk Tv-yə danışıb.

 

O bildirib ki, söylədiyi sözlərdən sonra Türkiyədə ona qarşı geniş etiraz kampaniyası başlayıb və təhqir olunub: “İslamı dırnaqarası müdafiə edənlər söyüş söydülər. Hanı əxlaq? Niyə söydünüz məni. Sadəcə, fikrimi bildirdim də. Əksini deyin, yaxşı mənada “ağzımı yumun”. "X" sosial şəbəkəsində, bir baxardınız Türkiyə seqmentində nələr gedib. Mənim videomu qoyublar, altında isə söyüşün biri bir qəpikdir... Nəslimdə söyülməyən adam qalmadı. Bunlar müsəlmandır və mən bunlarla eyni dinin daşıyıcısı olmalıyam. Niyə? Sizdə əxlaq, tərbiyə yoxdur ki?! İnsan deyilsiniz. Fərqli fikrə görə adamı söyərlər? Məni din düşməni elan edirlər. Mənim kimsənin dini ilə işim yoxdur. Deyirəm ki, dövlətim, daha sonra millətim hər şeyin üstündədir. Adamlar çıxıb deyir ki, İslam yoxdursa, türklük nəyə yarar?  Deyirəm, 1400 il öncə İslam yox idi... Əcdadlarımıza nə edək? Tarixdən silək? Mənim əcdadım, gün doğandan gün batana kimi atını çapanda İslam adında din yox idi. Məhəmməd Peyğəmbər də yox idi. İndi mən onlardan imtina edim? Mənə dediyi çirkin ifadələr, İslamdan öncəki türklükdən imtina edənlərdir. Türk kimliyini İslama bağlayaraq qəbul edənlərdir. Bir din insanları qarşı-qarşıya qoyursa, o din ziyanlıdır. Mənə deyirlər ki, İslam dini gözəl dindir, adamlara görə dəyər verilməməlidir. Yaxşı örnəklərinizi göstərin, biz də baxıb ilhamlanaq. Deyin ki, bu adam müsəlman olduğuna görə gözəl insandır. Mən ətrafımda müsəlman olduğu üçün gözəl olan adam görə bilmirəm.  Rusiyaya bu və ya fərqli formada bağlı olanlar şəxsimə qarşı linç kampaniyasına başladı. İslamdan danışırıq hərəkəti Rusiyaya bağlayırlar. “Əl meymunu” kimi ortalıqda oynadılan sosial media fəalları var. Kütləvi dəstək də ifadə olunur. İntellektiniz varsa qarşıma çıxın, sübut edin ki, yanlışam...”

 

Şəhanə Quliyeva

Tarix: 5 May 2026, 15:07   
Seçilən
46
pravda.az

1Mənbələr