AZ

Azərbaycanlı alim Honkonq Kore Akademiyasının üzvü seçilib

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 5 may, AZƏRTAC

AMEA-nın akademik-katibi akademik Arif Həşimov Çin Xalq Respublikasının Honkonq Kore Akademiyasının üzvü seçilib. Bununla bağlı Honkonq Kore Akademiyasının Baş katibliyinin icraçı müavini professor Raymond J. Vu akademik Arif Həşimova məktub göndərib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Azərbaycanlı alimə üzvlük sertifikatının elektron nüsxəsi və Akademiya hesabı ilə bağlı məlumatlar göndərilib.

“Gələcəkdə sizi ofislərimizə və mərkəzlərimizə səmimiyyətlə dəvət edirik. Burada sizin təqdimat mərasiminizi, Akademiyanın tərəfdaşları və üzvləri ilə görüşünüzü təşkil etməkdən, beynəlxalq əməkdaşlıq və akademik mübadilə imkanlarını müzakirə etməkdən məmnun olarıq”, - deyə məktubda qeyd olunub.

Honkonq Kore Akademiyası üzvlərini bu elmi qurumun həyatında fəal iştirak etməyə təşviq edir. Bu sıraya alimin Akademiya icması üçün maraqlı ola biləcək və ya daha geniş yayılmağa layiq olan son işləri, nailiyyətləri, yazıları, ideyaları və digər akademik və ya ictimaiyyətə yönəlmiş töhfələrlə bağlı xəbərləri paylaşmaq; yeni üzvlərin seçilməsi üçün namizədliklərin verilməsi və dəyərləndirmə prosesində iştirak etmək; Akademiyanın müvafiq fəaliyyətlərinə və layihələrinə qoşulmaq və lazım olduqda yeni təşəbbüslər təklif etmək məsələləri daxildir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
azertag.az

1Mənbələr