AZ

"Kurtlar Vadisi"nin Zaza dayısı VİDEO paylaşdı - gündəm oldu

“Kurtlar Vadisi” serialındakı “Zaza Dayı” obrazı ilə tanınan veteran aktyor Ali Sürmeli Elazığspor üçün paylaşdığı video ilə yenidən gündəmə gəlib.

Musavat.com xəbər verir ki, uzun müddətdir mediadan uzaq həyat yaşayan aktyorun görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

Sürmeli videoda Elazığspora dəstək mesajı verərək, “Şanlı Elazığspora uğurlar arzulayıram, çempionlar!” ifadəsini işlədib.

Qeyd edək ki, Kurtlar Vadisi Pusu serialında canlandırdığı “Zaza Dayı” obrazı ilə geniş tanınan aktyor son illər ictimaiyyət qarşısında az görünürdü. Onun bu paylaşımı həm azarkeşlər, həm də sosial media istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb.

Ali Sürmeli Türkiyə televiziya və kino sənayesində “Deli Yürek”, “Çarpışma” və “Eşkıya Dünyaya Hükümdar Olmaz” kimi layihələrdə yaratdığı yaddaqalan obrazlarla tanınır və uzun illərdir sənətdə fəaliyyətini davam etdirir.

Musavat.com 

Seçilən
11
1
musavat.com

2Mənbələr