AZ

Xarı Bülbül restoranında ofsiantlar arasında dava 6 ay əvvəl meyit tapılmışdı

Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı şəhəri, Nizami rayonunda yerləşən "Xarı Bülbül" restoranının zirzəmisində ofisantlar arasında baş verən dava ilə bağlı məhkəmə qərar verib. 

Qaynarinfo-nun məlumatına görə, 2006-cı il təvəllüdlü Kamran Məmmədovun (soyad şərti) Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb. 

Məlum olub ki, "Xarı Bülbül" restoranında ofsiant köməkçisi işləyən Kamran Rza adlı həmkarını ona "dəli" dediyi üçün döyüb. Bu sözdən sonra "Xarı Bülbül" restoranında ofsiant işləyən 3 nəfər ona baxaraq gülüb. Kamran və Rza restoranının zirzəmisində dava ediblər. Nəticədə təqsirləndirilən şəxs Rzaya sol almacıq nahiyəsinin şişkinlik halında əzilməsi ilə nəticələnən bədən xəsarətləri yetirib. 

Məhkəmədə zərərçəkmiş Kamrandan şikayətçi olduğunu deyib. 

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 1100 manat məbləğində cərimə cəzasına məhkum edilib. 

Qeyd edək ki, ötən ilin dekabr ayında "Xarı Bülbül" şadlıq sarayında Abşeron rayon sakini, 1972-ci il təvəllüdlü Ələkbər Xankişi oğlu İsmayılovun üzərində zorakılıq əlamətləri olmayan meyiti aşkar edilmişdi. 

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
qaynarinfo.az

1Mənbələr