AZ

Uşağını məzarlıqda qoyan valideynlər tapıldı - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Abşeron rayonunun Goradil qəsəbəsində yerləşən qəbiristanlıqda azyaşlı uşaq tərk edilmiş vəziyyətdə tapılıb. Məlumata əsasən, təxminən 2 yaşı olan uşaq polis əməkdaşları tərəfindən qəbiristanlıq ərazisində, “Fatimeyi Zəhra” məscidinin yaxınlığında yatmış vəziyyətdə aşkarlanıb.

Hazırda uşaq Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib. Onun vəziyyəti nəzarətdə saxlanılır, tibbi müayinələrin aparılması istiqamətində addımlar atılır.

Uşağın vəziyyəti və valideynləri ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Musavat.com-a bildirilib ki, azyaşlının valideynlərinin kimliyi artıq müəyyən edilib:

“Hazırda məsələ aidiyyəti dövlət qurumları ilə birgə araşdırılır və bütün zəruri tədbirlər görülür. Araşdırmanın nəticəsindən asılı olaraq valideynin davranışına hüquqi qiymət veriləcək və zərurət yaranarsa, valideynlik hüquqlarının məhdudlaşdırılması istiqamətində müvafiq addımlar atılacaq. Eyni zamanda, uşağın sağlamlıq vəziyyəti diqqətdə saxlanılır, o, tibbi müayinələrdən keçiriləcək və bundan sonrakı mərhələdə aidiyyəti qurumlarla birlikdə onun təhlükəsizliyi və rifahı üçün kompleks tədbirlər davam etdiriləcək”.

Xalidə Gəray
Musavat.com

Seçilən
19
1
musavat.com

2Mənbələr