AZ

Tramp Merz mübahisəsi ABŞ hərbçilərinin Almaniyadan çıxmasına səbəb olub

Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Bavariyada təlim poliqonlarında yerləşən ölkə xaricindəki ən böyük bazalarından 5000 əsgərini geri çəkir

ABŞ Bavariyanın Qrafenvör və Vilsek şəhərlərindəki təlim poliqonlarında yerləşən ölkə xaricindəki ən böyük bazasından 5000 əsgərini geri çəkir. AYNA.AZ xəbər verir ki, bu barədə “Bild” mənbələrə istinadən məlumat yayıb.

Söhbət Vilsekdə yerləşən mexanikləşdirilmiş briqadadan gedir. Bu bölmə ABŞ mobil qüvvələrinin əsasını təşkil edən “Stryker” zirehli döyüş maşınları ilə təchiz olunub. Hazırda Qrafenvör və Vilsekdə müvafiq olaraq təxminən 16.000 və 10.000 Amerika əsgəri yerləşdirilib.

“Bild”in məlumatına görə, qərara Almaniya kansleri Fridrix Merzin İranın danışıqlar zamanı ABŞ-ı alçaltdığı və bunun Prezident Donald Trampı qəzəbləndirdiyi barədə açıqlaması səbəb olub.

Qoşunların geri çəkilməsi prosesinin altı-on iki ay ərzində başa çatacağı gözlənilir. Təlim poliqonları tamamilə bağlanmayacaq: 5000 ilə 8000 arasında əsgər qalacaq. Lakin 5000 əsgərin və onların ailələrinin getməsi 6500 nəfər əhalisi olan Vilsek şəhərinə ciddi iqtisadi zərbə olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
ayna.az

1Mənbələr