AZ

Maşını iki zolağın ortasında saxlayıb söhbət etdi 10 UA 009 VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Paytaxtın Heydər Əliyev prospektində, (Olimpiya Stadionunun VİP giriş hissəsində) dayanma-durma qaydalarını pozan sürücü görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 4-də saat 09:25 radələrində baş verib. Videoda 10-UA-009 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsünün nəqliyyat vasitəsini iki hərəkət zolağının ortasında saxladığı aydın görünür. Bu səbəbdən həmin istiqamətdə hərəkət edən digər avtomobillərin gedişində ləngimə və çətinlik yaranıb. Bundan əlavə, sürücü sükan arxasında söhbət edib və diqqətini yola deyil, məhz danışığa yönəldib.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən, nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə sürücülər 2 bal və 80 manat məbləğində cərimə tətbiq olunur.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
avtosfer.az

1Mənbələr