
Dünən Bakıda mənzillərin birində meyit tapılıb.
AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, saat 17 radələrində 1929-cu il təvəllüdlü Məqsumə Sadıxovna Gənciyevanın meyiti yaşadığı Qara Qarayev prospekti, ev 49 ünvanında aşkar edilib.
İlkin müayinə zamanı meyit üzərində zorakılıq əlamətləri aşkar edilməyib. 97 yaşlı qadının yaşı ilə əlaqədar, təbii səbəblərdən dünyasını dəyişdiyi bildirilir.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır. Ölümün dəqiq səbəbinin müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin olunub.