Bu gün alman filosof, iqtisadçı, tarixçi, sosioloq, siyasi nəzəriyyəçis, jurnalist və sosialist inqilabçı Karl Marksın doğum günüdür.
Kulis.az onun məşhur sitatlarını təqdim edir.
Bütün əvvəlki cəmiyyətlərin tarixi sinfi mübarizələrin tarixi olmuşdur.
***
Bütün ömrü boyu ancaq bir neçə əməliyyatla məşğul olan adamın öz əqli istedadını inkişaf etdirməyə və ya öz dərrakəsini işlətməyə fürsət və ehtiyacı olmur… Belə bir şəxs o qədər kütləşir, cahilləşir ki, insanlar arasında ondan küt və cahilinə rast gəlmək olmaz.
***
Cahillik hələ heç vaxt heç kəsə kömək etməmişdir.
***
Cəhalət, imtiyazlı sinfin ustaca istifadə etdiyi bir silahdır.
***
Cəhənnəmə gedən yollar yaxşı niyyət daşlarıyla döşənmişdir.
***
Demokratiya bütün konstitusiyaların həll edilmiş tapmacasıdır.
***
Din məzlum məxluqun ahıdır, könülsüz dünyanın ürəyi, ruhsuz şəraitin canıdır. Xalqın tiryəkidir.
***
Dində insanın öz beyninin məhsulu ona hakim olduğu kimi, kapitalist istehsalında da insanın öz əlinin məhsulu ona hakimdir.
***
Əgər heyvan olmaq istəsən, əlbəttə, bəşəriyyətin əzablarına arxa çevirib canının qayğısına qala bilərsən.
***
Əgər iki oğru bir- birinin saçın yolsa, bunun həmişə xeyri olar.
***
Əgər insan yalnız özü üçün işləyirsə, onun məşhur alim, böyük mütəfəkkir, yaxşı şair olmasına güman var, amma heç bir zaman o, əsl kamil və böyük adam ola bilməz.
***
Əgər sən qarşılıqlı məhəbbətsiz sevirsənsə, yəni sənin sevgin bir sevgi olaraq cavab sevgisi doğurmursa, bir sevən adam kimi sən həyatı təzahürünlə özünə sevdirə bilmirsənsə, onda sənin sevgin gücsüzdür və bu, bədbəxtlikdir.
***
Əmək bölgüsü və texnikanın tətbiqi nə qədər genişlənirsə, işçilər arasında rəqabət bir o qədər genişlənirsə, onların əmək haqqı da bir o qədər azalır.
***
Ən pis memar ən yaxşı arıdan onunla fərqlənir ki, mumdan pətək hazırlamamışdan öncə o onu öz beynində artıq hazırlayıb.
***
Filosoflar dünyanı yalnız müxtəlif formalarda şərh etmişlər; halbuki problem onu dəyişdirməkdir.
***
Heç kəs nikah kəsdirməyə məcbur edilmir, lakin nikah kəsdirdimi, nikah qanunlarına itaət etməyə məcbur olunur.
***
Həya elə bir şiddətli qəzəb və hiddətdir ki, bu özgəyə deyil, adamın daxilən özünə qarşı çevrilmişdir.
***
Həyat daha çox insana xoşbəxtlik gətirənləri ən xoşbəxt insan kimi yüksəldir.
***
İncəsənət həmişə və hər yerdə öz dövrünün gizli etirafı və eyni zamanda ölməz hərəkətidir.
***
İnqilablar tarixin lokomotivləridir.
***
Kapitalizm kölgəsini sata bilmədiyi ağacı kəsər.
***
Kapitalist istehsalın ən böyük maneəsi, sərmayənin də özüdür.
***
Kişinin sevmədiyi bir qadını alması bazardan xoşuna gələn, lakin istəmədiyi bir şeyi almağa bərabərdir.
***
Kitablarım, onları yazarkən çəkdiyim tütünün belə pulunu qarşılamadı.
***
Ruhi əzabın yeganə dərmanı fiziki ağrıdır.
***
Sosial tərəqqi qadın cinsinin sosial mövqeyi ilə ölçülə bilər.
***
Şöһrətpərəst adamlar - qısa müddətli uğurlar xatirinə bu günün şöһrəti ücün nigarancılıq çəkən, çalışan adamlardır.
***
Tarix o adamları böyük adamlar hesab edir ki, onlar ümumi məqsəd üçün çalışmış, özləri isə alicənab adamlar olmuşlar.
***
Tarixdən hər hansı bir məlumatı olan hər kəs bilir ki, qadın sarsıntısı olmadan böyük ictimai dəyişikliklər mümkün deyil. Sosial tərəqqi tam olaraq zərif cinsin, o cümlədən çirkinlərin sosial mövqeyi ilə ölçülə bilər.