AZ

İlham Əliyevin İrəvandakı sammitdə iştirakı... - Koşta

Azərbaycan Prezidenti İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin sammitində iştirakı Bakı və İrəvan arasındakı münasibətlərdə yeni atmosferin formalaşmasından xəbər verir.

Aktual.az xəbər verir ki, bunu Avropa Birliyi Şurasının (AB) prezidenti Antonio Koşta İrəvanda keçirilən Ermənistan-AB sammitinin yekunları üzrə Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə birgə bəyanatla çıxış edərkən bildirib.

Onun sözlərinə görə, sabit və firavan Cənubi Qafqaz Ermənistanın gələcəyi üçün əsas təməldir:

"Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin dünənki sammitində iştirakı ölkələriniz arasındakı yeni atmosferin göstəricisidir".

A.Koştanın sözlərinə görə, Avropa Birliyi dayanıqlı gələcək qurmaq üçün region ölkələri ilə əməkdaşlıq edərək Cənubi Qafqazda sülh və normallaşma proseslərini dəstəkləməyə davam edəcək.

Seçilən
3
2
ulusum.az

3Mənbələr