AZ

“PAŞA Sığorta”da növbədənkənar ümumi yığıncaq keçiriləcək

ain.az, Apa.az portalına istinadən məlumat verir.

“PAŞA Sığorta”da növbədənkənar ümumi yığıncaq keçiriləcək.

Bu barədə "APA-Economics"ə sığorta şirkətindən bildirilib. Qeyd edilib ki, səhmdarlarının yığıncağı iyun ayının 3-də ASC-nin Bakı şəhəri, Səbail rayonu, Mikayıl Useynov prospekti 61 (“Sahil Plaza” biznes mərkəzi) ünvanında yerləşən inzibati binasında baş tutacaq.

Yığıncağın gündəliyinə Cəmiyyətin Direktorlar Şurası üzvlərinin təyinatı və digər təşkilati məsələlər daxil edilib. Gündəlikdə nəzərdə tutulmuş məsələlərlə bağlı materiallar səhmdarların elektron poçt ünvanlarına göndəriləcəkdir.

Yaranan əlavə suallarla əlaqədar olaraq [email protected] elektron poçt ünvanına müraciət etməyiniz xahiş olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
3
apa.az

6Mənbələr