AZ

Cabir ölümünü hiss edirdi - Qardaşı

"Onun böyük ürəyi vardı, olduqca həssas qəlbli idi. Məndən fərqli olaraq bütün ağrıları daxilində çəkirdi. Nə atasına, nə anasına, nə ailəsinə danışırdı. Ancaq mənə danışırdı".

"Yeni Sabah" axsam.az-a istinadla xəbər verir ki, bunu Əməkdar artist Tahir İmanov "Söhbət var" proqramında bildirib.

Aktyor ötən il sentyabrda qəfil ürəktutmadan dünyasını dəyişən qardaşı, Əməkdar artist Cabir İmanovdan danışıb. O bildirib ki, C.İmanov ölümünü əvvəldən hiss edib:

"Gecə zəng vurdu ki, işdən əvvəl görüşək, dərdləşək. Ölümünə 1 həftə qalmış Şuşaya getdik. Bəstəkar Süleyman Ələsgərovla bağlı 3 ildir film çəkirik. Zəng vurdu ki, Şuşa çəkilişini nə vaxta salırsan? Cavab verdim, oktyabrda. Qayıtdı ki, əvvələ sal, qorxuram sonra çatdırmaram. Ömrünün sonunu hiss edirdi.

İkinci fakt - bizim övladlarımız filmdə çəkilib. Cabirin oğlu Süleyman Ələsgərovun uşaqlığını, qızım həyat yoldaşını, digər qızım bacısını canlandırıb. Bakıdan gec gəlməli idi, dedi ki, Cahangir səninlə getsin. Heç vaxt belə şey olmayıb. Çəkilişi bitirdik, dedim bitdi. Mənə dedi ki, qoy hamı getsin, ikimiz qalaq, Şuşanı gəzək, uşaqlıq yerlərində olaq. Harada qaçmışıq, uşaqlarla oynamışıq gəzək. 2 saat Cabirlə gəzdik. Qarış-qarış gəzdik, doğulduğumuz evdən yuxarı məhlələrə kimi... Ayaqla gəzib, hava qaralanda hotelə qayıtdıq. İnsan nəyisə hiss edir. O, nəyisə hiss edirmiş ki, uşaqlıq yerlərini gedib gəzdi.

Fikir edirdi ki, niyə bizə qadağalar qoyublar, get araşdır. Cavab verirdim ki, düzələcək, qismətimizdir. İstənilən sənətkarın karyerasına bu qadağa yaraşıq verir. 2019-cu ildə ölkə rəhbəri ilə görüşdük və qadağa aradan qaldırıldı. Cabirin sevincinin həddi yox idi, özünə yer tapa bilmirdi".


Telegram kanalımız
Seçilən
7
10
yenisabah.az

10Mənbələr