AZ

Namidan Piriyev: Bu halda sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar

BAKI, 5 may. TELEQRAF

Tədbir üçün nəzərdə tutulan nəqliyyat vasitələrinin istifadəsinə veriləcək zolaqlardan digər nəqliyyat vasitələri istifadə edərlərsə, sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar.

Teleqraf xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev brifində deyib.

O vurğulayıb ki, müəyyən edilmiş vaxt çərçivəsindən kənar vaxtda avtobus zolaqlarına daxil olan digər nəqliyyat vasitələrini idarə edən sürücülərə tətbiq olunan inzibati məsuliyyət WUF13 üçün yaradılacaq zolaqlardan istifadə edəcək sürücülərə də şamil olunacaq.

Seçilən
61
teleqraf.com

1Mənbələr