Bəyanatda Gürcüstanda media azadlığı ilə bağlı "həyəcanverici meyllərin" olduğu qeyd edilsə də, Papuaşvili bu sənədi "timsah göz yaşları" və saxta pafos adlandırıb. O, bəyanat müəlliflərini və koalisiyaya dəstək verən Avropa ölkələrini ikili standartlarda ittiham edərək bildirib ki, bəzi səfirliklər bir tərəfdən mediadan dəm vurur, digər tərəfdən isə aylardır Gürcüstanın aparıcı media qurumlarını hədəfə alırlar.
Qeyd edək ki, sözügedən bəyanat Almaniya, Skandinaviya və Baltikyanı ölkələr daxil olmaqla, koalisiyanın bir çox üzvü tərəfindən dəstəklənmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31