AZ

İran ABŞ və BƏƏ yə xəbərdarlıq etdi

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Hörmüzdə baş verən hadisələr açıq şəkildə göstərir ki, siyasi böhranın hərbi həlli yoxdur.

Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı özünün X səhifəsində yazıb.

“Pakistanın nəzakətli səyləri ilə danışıqların irəlilədiyi bir vaxtda ABŞ pis niyyətli qüvvələr tərəfindən yenidən bataqlığa sürüklənməmək üçün ehtiyatlı olmalıdır. Eyni şey BƏƏ üçün də keçərlidir.

“Azadlıq Layihəsi” əslində “Dalana dirənmə layihəsidir”, - o qeyd edib.

Qeyd edək ki, ABŞ 4 maydan etibarən Hörmüzün açılması və orada qalan gəmilərin xilas edilməsi üçün “Azadlıq layihəsi”nə başladığını elan edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
1
axar.az

2Mənbələr