AZ

87 ölkənin gəmisi Hörmüz boğazında keçid gözləyir - CENTCOM

CENTCOM rəhbəri admiral Brad Kuper bildirib ki, hazırda 87 ölkədən olan yük gəmiləri Fars körfəzində yerləşir və Hörmüz boğazından keçid üçün gözləyir.

Redaktor.az xəbər verir ki, Kuper bu barədə X sosial şəbəkəsində yayımladığı açıqlamada məlumat verib.

Onun sözlərinə görə, “hazırda Fars körfəzində olan gəmilər 87 ölkənin maraqlarını təmsil edir və prezidentin qeyd etdiyi kimi, onlar neytral və günahsız müşahidəçilərdir”.

Məlumata görə, o əlavə edib ki, son 24 saat ərzində CENTCOM bir sıra gəmi sahibləri və gəmiçilik şirkətləri ilə əlaqə saxlayaraq onları Hörmüz boğazından təhlükəsiz keçid üçün çağırıb. Bu çağırışın ABŞ Prezidentinin boğazda təhlükəsizliyi təmin etmək təşəbbüsü çərçivəsində edildiyi bildirilib.

Qeyd olunub ki, regionda gərginlik fonunda ticarət gəmilərinin təhlükəsiz keçidi məsələsi beynəlxalq diqqət mərkəzində qalır.

Aminə ŞAHSUVARQIZI

Seçilən
20
redaktor.az

1Mənbələr