AZ

Qapalı yerlərdə çox olmayın...

Adelet.az saytından alınan məlumata görə, ain.az bildirir.

Son vaxtlar ölkə ərazisində qripə yuluxsnların sayı artıb. Təbii ki, bir çox səbəblərlə əlaqədardır. Həmin səbəblərdən biri havanın tez - tez dəyişməsidir. Belə ki, yay fəsli olsa da, havada  payızın və qışın soyuqluğu olur.

Aydındı ki, bu cür havalarda immunitet zəif olan insanlar, xüsusilə də uşaqlar və qocalar qripə daha tez yoluxurlar.Üstəlik də bu xəstəliyi keçirən insanlar  qapalı və kütləvi yerlərdə maskadan istifadə etmir, hətta xəstə olduğunu bildiyi halda , başqa insanlarla öpüşməkdən belə çəkinmir.Bu isə qripin sürətlə yayılmasına təkan verir!

Bax ən qorxulusu elə budur. Birmənalı olaraq xəstə insanlar ev şəraitində qalmalı və müalicə almalıdırlar.Əks- təqdirdə xəstəlik sağalmır və uzun çəkir. Həkim- ekspert Nailə Əhmədova deyir ki, ölkədə epidemiya yoxdur. İnsanlar həmişə olduğu kimi, adi qripə yoluxurlar. Bu o qədər də qorxulu deyil! Qorxulusu odur ki, qripə yoluxan inasanlar sanitar - gigyenik  qaydalara əməl eləmir, xəstə olduğu halda avtobusda, metroda tibbi maskalardan istifadə eləmir və başqa insanları yoluxdurur.

Ona görə də cəmiyyətin maarifləndirilməsinə böyük ehtiyac var! Özünüzü bu xəstəlikdən qoruyun ki, başqalarını da qripə  yoluxdurmayasınız!!!

Emil FAİQOĞLU  

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
1
adalet.az

2Mənbələr