İranın Buşehr əyalətindəki Deyer limanında bir neçə gəmi yanır. Yanğının səbəbi hələlik məlum deyil.
Herbiand.az xəbər verir ki, bu barədə Mehr xəbər agentliyinin məlumatına görə, əvvəlcə iki barja yanğına uğrayıb, onlardan biri artıq demək olar ki, söndürülüb. Yanğın yaxınlıqdakı iki taxta barjaya yayılıb. Yanğınsöndürənlər yanğının digər gəmilərə yayılmasının qarşısını almağa çalışırlar. Xəsarət alanlar barədə məlumat yoxdur.