AZ

Təmizlik işçisi faciəvi şəkildə öldü

Sitat.info portalından alınan məlumata görə, ain.az xəbər verir.

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Prospektdə hərəkətdə olan BMV markalı minik avtomobili idarəetmədən çıxıb. Maşın ilk olaraq yol kənarında dayanan "Şevrolet" markalı avtomobilə, daha sonra ağaca və köşkə çırpılıb.

Qəza zamanı ərazidə təmizlik işləri aparan 1961-ci il təvəllüdlü Z.Qurbanova avtomobil ilə köşkün arasında sıxılaraq qalıb. Qadın aldığı xəsarətdən hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır./Report

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
5
sitat.info

9Mənbələr