Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.
Paulo Dibala yayda klubunu dəyişəcək. Dünya çempionunun “Roma”nı tərk edəcəyi haqda xəbərlər çoxdandı səngimir.Argentinalı hücumçu karyerasını “Boka Xuniors”da davam etdirə bilər. ESPN-in xəbərinə görə, “Roma” ilə müqaviləsinin müddəti başa çatacaq 32 yaşlı futbolçu Argentina klubu ilə ilkin razılığa gəlib.Qeyd edək ki, Paulo bu mövsüm “Roma”da bütün turnirlərdə 22 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə verib. O, paytaxt klubuna 2022-ci ildə “Yuventus”dan keçib. Dibalanın İtaliyada “Palermo”da da oynadığını qeyd edək. Avropa karyerasına 2012-ci ildə ilk dəfə məhz bu klubda başlayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.