Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə may ayı üçün pensiyaların ödəniş tarixi məlum olub.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, qeyd olunan ərazilərdə pensiyalar mayın 14-də vətəndaşların hesablarına köçürüləcək.
Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla, digər bölgələr üzrə ödənişlər də bu ay əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun şəkildə həyata keçiriləcək.