AZ

Gəncədə DƏHŞƏTLİ QƏZA: ölən var

Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “BMW” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında dayanmış “Chevrolet”ə, daha sonra isə ağaca və köşkə çırpılıb.

Maşın həmin vaxt ərazidə təmizlik işləri aparan 1965-ci il təvəllüdlü Zəminə Qurbanovanı vurub. Qadın hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır./qafqazinfo.az/


Seçilən
3
3
musavat.com

5Mənbələr