ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyədə orta məktəb və uşaq bağçasının yaxınlığında həyacanlı anlar yaşanıb.Demokrat.az xəbər verir ki, hadisə Diyarbəkir vilayətinin Yenişehir rayonunun Fabrika məhəlləsində baş verib. Ərazidə yerləşən orta məktəb və uşaq bağçasının yerləşdiyi ərazidə silahlı hücum olub.Belə ki, naməlum şəxs ətrafdakı obyektlərə və məktəb istiqamətinə atəş açıb. Bu, panikaya səbəb olub, şagirdlər və valideynlər qorxu içində ərazidən uzaqlaşmağa çalışıblar.Hadisə yerinə polis qüvvələri cəlb olunub və həmin şəxs saxlanılıb. Şahidlərin sözlərinə görə, silahlı şəxs ov tüfəngindən istifadə edib və insanlar canlarını qurtarmaq üçün qaçmağa məcbur olublar.Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.