AZ

Fişəng fabrikində partlayış - Ölən və yaralanan var - VIDEO

Çinin cənubunda yerləşən Hunan əyalətində hava fişəng istehsal edən fabrikdə güclü partlayış baş verib.

Day.Az yerli mediaya istinadən xəbər verir ki, hadisə əyalətin inzibati mərkəzi olan Çanşa şəhərinin Liuyang rayonunda qeydə alınıb.

Yerli Fövqəladə Halların İdarəetmə Bürosunun məlumatına görə, partlayış nəticəsində 21 nəfər həyatını itirib, 61 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Ölənlərin hamısının zavod işçiləri olduğu bildirilir.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Rəsmilər partlayışın səbəblərinin araşdırıldığını və əlavə məlumatların daha sonra açıqlanacağını qeyd ediblər.

Seçilən
12
day.az

1Mənbələr