AZ

İranın cənubundakı limanda bir neçə gəmi yanıb

Buşehr ostanının Deyer limanında əvvəlcə iki barja alovlanıb, yanğın qonşu taxta barjalara da keçib. Hadisə ABŞ-ın dəniz blokadası fonunda baş verir...

İranın Buşehr ostanında yerləşən Deyer limanında bir neçə gəmi yanıb.

Poliqon xəbər verir ki, bu barədə yerli Mehr Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, əvvəlcə iki barja alovlanıb. Onlardan birinin yanğını artıq demək olar ki, söndürülüb. Lakin alov yaxınlıqda dayanan iki taxta barjaya da keçib. Yanğınsöndürənlər yanğının digər gəmilərə yayılmasının qarşısını almağa çalışırlar. Xəsarət alanlar barədə məlumat verilməyib. Yanğının səbəbi hələlik məlum deyil.

Xatırladaq ki, ABŞ və İsrail tərəfindən fevral ayında başladılmış hərbi əməliyyat səbəbindən İran Hormuz boğazını bağlayıb. Buna cavab olaraq ABŞ aprelin 13-dən etibarən İran limanları arasında gəmiçiliyi məhdudlaşdırır. Aprelin sonunda Donald Tramp bildirmişdi ki, ABŞ tərəflər nüvə proqramı ilə bağlı razılığa gələnədək İran limanlarının dəniz blokadasını davam etdirəcək.

Poliqon.info

Seçilən
6
poliqon.info

1Mənbələr