AZ

FHN: Gəncədə zavodda baş verən yanğının söndürülməsinə 10 avtonəqliyyat vasitəsi və 60 nəfər cəlb olunub

Gəncə, 5 may, AZƏRTAC

Gəncə şəhəri Ə.Arazov küçəsində yerləşən zavodda baş verən yanğının söndürülməsinə 10 avtonəqliyyat vasitəsi və 60 nəfər canlı qüvvə cəlb olunub.

Gəncə şəhər Dövlət Yanğından Mühafizə idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Müxbir - Elcan Məmmədov

Seçilən
25
azertag.az

1Mənbələr