AZ

Gəncədə ağır qəza - bir nəfər ölüb

Yazını böyüt
Yazını kiçilt

Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az-ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan BMW markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında dayanmış “Chevrolet” markalı avtomobilə, daha sonra isə ağaca və köşkə çırpılıb.

Qəza zamanı ərazidə təmizlik işləri aparan 1961-ci il təvəllüdlü Z. Qurbanova avtomobil ilə köşkün arasında sıxılaraq hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.apa

Seçilən
11
5
hafta.az

5Mənbələr