AZ

Kolumbiya prezidenti: Ukraynada 7 min vətəndaşımız mənasız yerə həlak olur

Kolumbiya prezidenti: Ukraynada 7 min vətəndaşımız mənasız yerə həlak olur

Kolumbiya Prezidenti Qustavo Petro hərbi hazırlığı olan 7 min kolumbiyalının Ukraynada özgə müharibəsində iştirak etdiyini və orada mənasız yerə həlak olduğunu bəyan edib.

AFN.az-ın xəbərinə görə, dövlət başçısı "X" sosial şəbəkəsindəki hesabında bildirib ki, hərbi təlim keçmiş 7 min Kolumbiya vətəndaşı Ukraynada başqalarının münaqişəsində vuruşur və həyatını itirir.

Petro Kolumbiyanın "ölüm ixrac etmək" istəmədiyini vurğulayaraq, ölkədə muzdlu fəaliyyətin qanunla qadağan olunduğunu xatırladıb.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna ordusu sıralarında vuruşan kolumbiyalı muzdluların sayının artması ilə bağlı beynəlxalq mətbuatda müxtəlif məlumatlar yayılmışdı. Prezidentin bu açıqlaması rəsmi Boqotanın bu məsələyə kəskin mənfi münasibətini nümayiş etdirir.

Seçilən
41
afn.az

1Mənbələr