Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.
Türkiyədə fəaliyyət göstərən tanınmış azərbaycanlı aktrisa Nəsrin Cavadzadə bir müddətdir sevgi münasibəti yaşadığı Kadir Taner Uçar ilə nikah masasına oturdu.
Sherg.az xəbər verir ki, Nəsrin Cavadzadə sevgilisi Kadir Taner Uçar ilə həyatını birləşdirdiyini açıqladı.
Məşhur aktrisa gözlərdən uzaq yaşadığı münasibətdə olduğu Uçar ilə Bodrumda sadə nikah mərasimi ilə evləndi. Sürpriz nikah Cavadzadənin pərəstişkarlarını təəccübləndirdi.
Cavadzadə keçmişdə verdiyi bir müsahibədə belə demişdi:
“Evlənən kimi dərhal uşaq sahibi olmağı planlaşdırıram. Həyatda ən çox istədiyim şey ana olmaqdır.”
Cavadzadə həmçinin pudel cinsindən olan iti Dolceni nikaha hazırladığı anları əks etdirən bir kadrı da izləyiciləri ilə paylaşaraq xoşbəxtliyini fərqli detallarla nümayiş etdirdi.
Aktrisa daha sonra nikahdan olan fotoları da sosial media hesabında izləyiciləri ilə bölüşdü.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.