AZ

İlhamə Quliyeva ilə qalmaqalın səbəbini ilk dəfə Açıqladı

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı İlhamə Quliyeva ilə aralarında uzun illər davam edən qalmaqalın səbəbini ilk dəfə açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, müğənni bu barədə “Zarafat Bir Yana” layihəsində qonaq olarkən danışıb.

O, aralarındakı gərginliyin illər öncə Xalq artisti Faiq Ağayevin toyunda başladığını bildirib:

“Toya gec gəldim, mikrofon İlhamə xanımın əlində idi. Mən də başladım bəy-gəlinlə oynamağa. Sonra Faiq mikrofonu aldı mənə verdi ki, oxuyum. Ondan sonra İlhamə xanımın məndən xoşu gəlmədi və məni “baltalamağa” başladı”.

Sənətçi qeyd edib ki, İ. Quliyeva vaxtilə ona efir qadağaları qoysa da, sonradan ondan üzr istəyib.

N. Dostəliyeva həmkarı dünyasını dəyişəndən sonra onu bağışladığını və haqqında mənfi heç nə danışmadığını vurğulayıb:

“Cavabı Allaha versin, mənə yox. Onun bacısı mənə dedi ki, İlhamə sənə bu qədər əziyyətlər verdi, sən susdun, ona görə də mən səni bağrıma basıram. Onun tacını mənim başıma qoydu, amma mən bunu qəbul etmərəm heç vaxt. Mən taclı yox, məni sevənlərin kraliçasıyam”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
4
qafqazinfo.az

5Mənbələr