AZ

Trampdan növbəti sərt açıqlama: İran gəmilərə hücum etsə, Yer üzündən silinəcək » AzadMedia.az

Trampdan

ABŞ prezidenti Donald Trump İranla bağlı sərt açıqlama verib.

ABŞ prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində bildirib ki, əgər İran “Azadlıq” layihəsi çərçivəsində hərəkət edən Amerika gəmilərinə hücum edərsə, bu ölkə “Yer üzündən silinəcək”.

Tramp qeyd edib ki, onun fikrincə, İran son dövrlərdə sülh danışıqlarında daha “güzəştə meyilli” mövqe nümayiş etdirir. Bununla yanaşı, ABŞ-ın regionda hərbi gücünü artırmaqda davam etdiyini vurğulayıb.

ABŞ lideri əlavə edib ki, ölkəsinin silah və sursat imkanları əvvəlkindən daha güclüdür: “Bizim daha keyfiyyətli silahlarımız var. Dünyanın müxtəlif yerlərində bazalarımız mövcuddur və hamısı müasir texnika ilə təchiz olunub. Zərurət yaranarsa, bütün bu imkanlardan istifadə edəcəyik.”

Qeyd edək ki, Vaşinqton və Tehran arasında gərginlik fonunda bu cür bəyanatlar regionda vəziyyətin daha da kəskinləşə biləcəyi ilə bağlı narahatlıqları artırır.

Seçilən
14
1
azadmedia.az

2Mənbələr