AZ

Daha yaxşı əhval üçün nələri etməliyik?

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İnsanların çoxu gündəlik həyatda əhval-ruhiyyələrini yaxşılaşdırmaq üçün kifayət qədər addım atmır. Mütəxəssislər isə bildirirlər ki, gündəlik həyata asanlıqla daxil edilə bilən kiçik vərdişlər psixoloji sağlamlığın güclənməsində mühüm rol oynayır.Demokrat.az “Independent” ə istinadən bildirir ki, Böyük Britaniyada 4000 yetkin insan arasında aparılan araşdırma göstərib ki, iştirakçıların təxminən dörddə biri son bir ay ərzində ruhi sağlamlıqlarını dəstəkləmək üçün heç bir addım atmayıb. Bu isə insanların gündəlik qayğılar və məsuliyyətlər səbəbilə öz ehtiyaclarını arxa plana keçirdiyini ortaya qoyur.Mütəxəssislər vurğulayırlar ki, təkcə psixoloji sağlamlıq barədə düşünmək kifayət deyil, eyni zamanda konkret addımlar atmaq da vacibdir.Əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün tövsiyə edilən bəzi sadə vərdişlər bunlardır:Təbiətdə vaxt keçirmək: Parkda qısa gəzinti və ya açıq havada oturmaq belə insanın ruh halına müsbət təsir edir.Fiziki aktivlik: Ağır idman şərt deyil, yüngül hərəkətlər və rəqs də kifayət edə bilər.Ekran və sosial mediadan fasilə: Mənfi məlumat axınından uzaqlaşmaq zehni yüngülləşdirir.Sosial əlaqələr: Dostlarla görüşlər planlamaq emosional dəstək yaradır.Sağlam yuxu rejimi: Yatmazdan əvvəl ekranlardan uzaq durmaq və sakit mühit yaratmaq vacibdir.Kifayət qədər su içmək: Bu, həm fiziki, həm də zehni enerjiyə müsbət təsir göstərir.Minnətdarlıq yazmaq: Gün ərzində üç müsbət hadisəni qeyd etmək düşüncə tərzini dəyişir.Yeni bacarıqlar öyrənmək: Yeni hobbilər zehni aktiv saxlayır və mənfi düşüncələrdən uzaqlaşdırır.Ümumilikdə, mütəxəssislər qeyd edirlər ki, kiçik, davamlı vərdişlər uzunmüddətli psixoloji rifah üçün böyük təsir yarada bilər.Leyla

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
demokrat.az

1Mənbələr