AZ

​İbrahim Tatlısesin oğlu aparıcılığa başladı

İbrahim Tatlısesin oğlu İdo Tatlıses televiziya dünyasında ilk adımını atıb. Metbuat.az xəbər verir ki, uzun illərdir musiqi sahəsində fəaliyyət göstərən İdo, bu dəfə aparıcıı kimi izləyicilərin qarşısına çıxıb. Tatlısesin ilk verilişində Baran Mengüç, Aydın Kurtoğlu və Doğukan Manço kimi məşhurlar qonaq olub. Onun yeni layihəsi həm media, həm də sosial şəbəkələrdə maraqla qarşılanıb.

Gənc sənətçi bildirib ki, televiziya sahəsində özünü sınamaqdan məmnundur və bu addımı karyerasında yeni bir mərhələ kimi görür. İdo Tatlısesin aparıcılıq fəaliyyəti izləyicilər tərəfindən də diqqətlə izlənilir və onun gələcək layihələri maraq doğurur.

Seçilən
17
metbuat.az

1Mənbələr