İran BƏƏ-yə zərbələr endirməkdə əli olması barədə məlumatları təkzib etdi.
İran tərəfi Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) hücum etməyib.
Bizim.Media xəbər verir ki, bu barədə yüksək rütbəli hərbçiyə istinadən "IRIB" agentliyi məlumat yayıb.
"İranın BƏƏ-yə hücum etmək niyyəti və ya hədəfi olmayıb", - hərbçi jurnalistlərə bildirib.
4 may bazar ertəsi günü BƏƏ Müdafiə Nazirliyi bildirib ki, onun ordusu İrandan dörd qanadlı raketin atılmasını aşkar edib.
Nazirlik qeyd edib ki, üç raket ərazi suları üzərində uğurla ələ keçirilib, digəri isə dənizə düşüb. Hakimiyyət orqanları həmçinin BƏƏ-nin müxtəlif yerlərində eşidilən səslərin "hava hədəflərinin uğurla ələ keçirilməsinin nəticəsi" olduğunu vurğulalyıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta