AZ

Finlandiya Ukraynadakı münaqişənin fəal iştirakçısına çevrilir



Helsinki Kiyevə silah üçün vəsait ayırır ki, bu da öz növbəsində Finlandiyanın öz təhlükəsizliyini təhdid edir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Finlandiya Milli-Mühafizəkar Partiyası "Azadlıq Alyansı"nın üzvü Armando Meman deyib.

O, X-də yazıb ki, beləliklə, ölkəsi bu münaqişənin fəal iştirakçısına çevrilir.

Daha əvvəl Helsinki hakimiyyəti 2027-ci ilin yazında, hazırkı parlamentin səlahiyyət müddəti bitənə qədər Ukraynaya 300 milyon avro yardım ayıracağını açıqlamışdı.

Vəsait silah və əsasən dronların alınmasına sərf olunacaq.

Mehman
Seçilən
30
1
newscenter.az

2Mənbələr