AZ

“Atam o geyimə görə mənimlə 2 il danışmadı”

Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Bir dəfə elə bir geyimdə səhnəyə çıxmışdım ki, atam ona görə mənimlə 2 il danışmadı. İndi deyirəm ki, bunu niyə geyinmişdim?"

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva “Full şou”da deyib. O, əvvəllər açıq-saçıq geyimin insana məşhurluq gətirdiyini düşündüyünü etiraf edib:

"İlk dəfə səhnəyə çıxanda elə düşünürdüm ki, açıq-saçıq geyinmək insanı ulduz edir, hörmət gətirir. Ətrafımdakı insanların fikrinə uyaraq elə bir geyim hazırlanmışdı ki, mən heç vaxt belə libasda olmamışdım. Atam klipdə məni o geyimdə gördükdən sonra 2 il danışmadı. İndiki ağlım olsaydı, onu geyinməzdim. Hərdən böyüklərin sözünə qulaq asmaq lazımdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
4
axsam.az

5Mənbələr