AZ

İran ABŞ və İsrailin hücumlarını dəstəklədiyinə görə altı ərəb ölkəsindən cavab tələb edir

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani altı ərəb dövlətinin ABŞ-İsrail hərbi əməliyyatlarını dəstəkləməsinin beynəlxalq hüquqa görə özünümüdafiə deyil, təcavüz olduğunu bildirib.

Olaylar.az İranın "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə Tehranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib.

İrəvani BMT-nin Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə məktub göndərərək altı ərəb dövlətinin İrana qarşı hərbi əməliyyatlardakı rollarına görə tam məsuliyyət daşıdığını bildirib.

"Məktubunda İrəvani Qətər, Bəhreyn Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı Krallığı, Küveyt və İordaniya Krallığının bütün iddia və ittihamlarını qətiyyətlə rədd edib. İran səfiri bildirib ki, altı ölkənin hökumətləri mövcud vəziyyətin əsas səbəblərini, yəni ABŞ və İsrail rejimi tərəfindən suverenliyə və ərazi bütövlüyünə qarşı törədilən hərbi hücumları qəsdən görməzdən gəliblər. Bu ölkələr etidkləri hərəkətə görə cavab verməlidirlər", - deyə xəbərdə qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
1
olaylar.az

2Mənbələr