AZ

ABB “İlin ən yaxşı bankı” mükafatını 4-cü dəfə qazandı

Dünyanın nüfuzlu “Global Finance” jurnalı ölkə üzrə “İlin ən yaxşı bankı” mükafatının qaliblərini açıqlayıb. Azərbaycan Beynəlxalq Bankı (ABB) son 6 ildə 4-cü dəfə bu titula layiq görülüb.

ABB mükafata mənfəətliliyi, son illərdə əldə etdiyi inkişaf göstəriciləri, məhsul və xidmətlərində tətbiq etdiyi innovasiyalar, xüsusilə süni intellekt sahəsindəki nailiyyətlərinə görə layiq görülüb. Qiymətləndirmə zamanı bankın fəaliyyəti haqqında səhm və kredit reytinqi analitiklərinin, həmçinin digər bank ekspertlərinin rəyləri nəzərə alınıb.

Məlumat üçün bildirək ki, “Global Finance” jurnalı 1987-ci ildən fəaliyyət göstərir, 193 ölkədə 50 mindən çox oxucuya malikdir və maliyyə dünyasında etibarlılıq və üstünlük standartı kimi qəbul olunan mükafatlar təqdim edir. Qaliblərin arasında Raiffeisen Bank, OTP Bank, UniCredit Bank və Garanti BBVA kimi tanınmış maliyyə qurumları da yer alıb.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan

Seçilən
2
2
azerbaijan-news.az

10Mənbələr